Yuxarı

Əfqan əsgər amerikalı hərbçiləri atəşə tutub, 3 nəfər yaralanıb

Əfqan əsgər amerikalı hərbçiləri atəşə tutub, 3 nəfər yaralanıb
Əsgər cavab atəşi ilə öldürülüb

Bakı. 19 mart. REPORT.AZ/ Əfqanıstan silahlı qüvvələrinin əsgəri NATO-nun Hilmənd əyalətində yerləşən bazasında amerikalı hərbçilərə atəş açıb, üç nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Əfqanıstanda "Qəti dəstək" əməliyyatının məlumatında bildirilir.

"Hilmənd əyalətində əfqan əsgərin atəş açması nəticəsində üç ABŞ hərbçisi yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib", — deyə əməliyyatın "Twitter" səhifəsində qeyd olunur.

"Reuters"in məlumatına görə, Əfqanıstan silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, əfqan əsgər cavab atəşi ilə öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi