Efiopiyanın sabiq prezidenti vəfat edib

Efiopiyanın sabiq prezidenti vəfat edib Efiopiyanı 1995-ci ildən 2001-ci ilə qədər idarə etmiş keçmiş prezident Neqasso Qidada 76 yaşında vəfat edib.
Digər ölkələr
27 Aprel , 2019 21:59
Efiopiyanın sabiq prezidenti vəfat edib

Efiopiyanı 1995-ci ildən 2001-ci ilə qədər idarə etmiş keçmiş prezident Neqasso Qidada 76 yaşında vəfat edib.

"Report" TASS-a istinadən xəbər verir ki, AFP agentliyi bildirib.

Qeyd edilir ki, siyasətçi müalicə olunduğu Almaniyada ölüb. Həkimlər onun vəfat səbəbini açıqlamayıblar.

Neqasso Qidada 1995-ci ilin avqustunda Efiopiyada parlament respublikasının qurulmasından sonra ölkənin birinci prezidenti olub. 2001-ci ildə onu Qirme Volde-Qiorqis əvəz edib.

Son xəbərlər

Orphus sistemi