Efiopiyada baş verən partlayışda xəsarət alanların sayı 156 nəfərə çatıb

Efiopiyada baş verən partlayışda xəsarət alanların sayı 156 nəfərə çatıb Bakı. 24 iyun. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbədə baş verən partlayışda xəsarət alanların sayı 156 nəfərə çatıb.
Digər ölkələr
24 İyun , 2018 01:33
Efiopiyada baş verən partlayışda xəsarət alanların sayı 156 nəfərə çatıb

Bakı. 24 iyun. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbədə baş verən partlayışda xəsarət alanların sayı 156 nəfərə çatıb.

"Report" RİA "Novostiy"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Twitter"də məlumat yayıb.

Məlumatda bildirilir ki, partlayış zamanı 1 nəfər həlak olub. 

Səhiyyə nazirinin sözlərinə görə, hazırda 50 nəfər tibbi baxış altındadır, artıq 5 nəfərə baxılıb. Yaralılardan 8-nin vəziyyəti ağırdır.

Partlayış şənbə günü ölkənin baş naziri Abiya Əhmədə dəstək məqsədilə keçirilən mitinqdə baş verib. Mitinqin təşkilatçısının sözlərinə görə, baş nazirin çıxış etdiyi tribuna istiqamətində qumbara atılıb. Hadisə zamanı nazirin özü xəsarət almayıb. 

Son xəbərlər

Orphus sistemi