Yuxarı

Efiopiyada avtobusun uçuruma düşməsi nəticəsində 40-a yaxın adam ölüb

Efiopiyada avtobusun uçuruma düşməsi nəticəsində 40-a yaxın adam ölüb
Ölənlərin 28-i kişi, 10-u qadındır

Bakı. 13 mart. REPORT.AZ/ Efiopiyanın şimalında sərnişin avtobusunun uçurumdan düşməsi nəticəsində azı 38 nəfər ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, ölənlərin 28-i kişi, 10-u qadındır.

Avtobusda, ümumilikdə, əksəriyyəti tələbə olmaqla 48 nəfər olub. Sağ qalan 10 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi