Ədəndə husi yaraqlıları qaçqınlarla dolu qayıqları atəşə tutub

Ədəndə husi yaraqlıları qaçqınlarla dolu qayıqları atəşə tutub Nəticədə aralarında uşaq və qadın da daxil olmaqla 45 nəfər ölüb, bir neçə nəfər yaralanıb və itkin düşüb
Digər ölkələr
6 May , 2015 20:22
Ədəndə husi yaraqlıları qaçqınlarla dolu qayıqları atəşə tutub

Bakı. 6 may. REPORT.AZ/ Yəməndə, Ədən körfəzində qaçqınlarla dolu qayıq husi silahlıları tərəfindən atəşə tutulub. Nəticədə aralarında uşaq və qadın da daxil olmaqla 45 nəfər ölüb, bir neçə nəfər yaralanıb və itkin düşüb. 

"Report"un "RİA Novosti"yə istinadən xəbər verir ki, bu gün əl-Tavahi rayonunda intensiv döyüşlər başlayıb. Bu səbəbdən dinc sakinlər quru yollar bağlı olduğundan təhlükəli zonanı qayıqlarla tərk etmək və daha təhlükəsiz ərazi sayılan əl-Boreykaya getmək istəyiblər. Ancaq yolda içərisində bir neçə ailənin üzvü olan qayıqlar atəşə məruz qalıblar. 

Son xəbərlər

Orphus sistemi