Ədən körfəzini keçməyə çalışan onlarla miqrant suda boğulub

Ədən körfəzini keçməyə çalışan onlarla miqrant suda boğulub Bakı. 6 iyun. REPORT.AZ/ Ədən körfəzini keçməyə çalışan onlarla miqrant suda boğulub.
Digər ölkələr
6 İyun , 2018 23:38
Ədən körfəzini keçməyə çalışan onlarla miqrant suda boğulub

Bakı. 6 iyun. REPORT.AZ/ Ədən körfəzini keçməyə çalışan onlarla miqrant suda boğulub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın mətbuat katibi Leonard Doyl məlumat yayıb.

"Təşkilatın əməkdaşları batmış 46 miqrantın cəsədi barədə xəbər veriblər. Onlardan 37-i kişi, 9-u qadındır. Daha 16 nəfər itkin düşüb. Lakin ehtimal edirik ki, onlar da həlak olub", - deyə o bildirib.

Təşkilatın məlumatına görə, çərşənbə günü Somalinin Bosaso limanında qaçaqmalçıların qayığında Efiopiyadan 100 miqrant olub. Onlardan 83-ü kişi, 17-i qadın imiş. Miqrantlar Yəmənə iş axtarmağa gedib. 

Son xəbərlər

Orphus sistemi