Dünya əhalisinin sayı açıqlanıb

Dünya əhalisinin sayı açıqlanıb Dünya əhalisinin sayı 2019-cu ildə 7,7 milyard nəfərə çatıb.
Digər ölkələr
2 Aprel , 2019 13:41
Dünya əhalisinin sayı açıqlanıb

Dünya əhalisinin sayı 2019-cu ildə 7,7 milyard nəfərə çatıb.

“Report” xəbər verir ki, bu, BMT Baş katibinin hesabatında göstərilib.

Bildirilib ki, dünya əhalisinin sayı 2050-ci ildə 9,7 milyard nəfərə çatacaq.

Hazırda Avropada 65 yaş və ondan yuxarı əhalinin sayı 19 faiz təşkil edir. Bu rəqəm Şimali Amerikada 16 faizdir. 2050-ci ildə isə bu göstəricilərin uyğun olaraq, 28 faiz və 23 faiz təşkil edəcəyi gözlənilir. Asiya, Latın Amerikası və Karib hövzəsində yaşlı sakinlərin sayı hazırkı 8 faizdən 18 faizədək artacaq. Hazırda Afrika dünyanın ən gənc qitəsidir. Ancaq 2050-ci ildə yaşlıların sayı 9 faiz təşkil edəcək.

Əhalinin uzunömürlülüyü 1994-cü ildə 64,9 yaş olub. 2019-cu ildə 72,3 yaş olacağı, 2030-cu ildə isə daha iki ilədək artacağı proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi