​Dünyada qaçqınların sayı tarixi rekord həddə çatıb

​Dünyada qaçqınların sayı tarixi rekord həddə çatıb "2014-cü ildə bizim himayəmizdə olan belə şəxslərin sayının misli görünməmiş həddə çatdığını gördük"
Digər ölkələr
7 Yanvar , 2015 14:50
​Dünyada qaçqınların sayı tarixi rekord həddə çatıb

Bakı. 7 yanvar. REPORT.AZ/ BMT-nin Məcburi köçkünlər və qaçqınların işi üzrə İdarəsinin hesabatına görə, 2014-cü ilin ortalarında qaçqınların və köçkünlərin sayı tarixi rekord həddə - 46,3 milyon nəfərə çatıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, qurum özü yayıb.

"2014-cü ildə bizim himayəmizdə olan belə şəxslərin sayının misli görünməmiş həddə çatdığını gördük", - bunu qurumun ali komissarı Antoniu Quterreş deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət mövcud münaqişələrin siyasi yolla həllini tapa bilmir: "Nəticədə, biz yeni humanitar faciələrlə üzləşirik".

Hesbata əsasən, Suriyada münaqişə bölgəsini 3 milyon, Əfqanıstanda 2, 7 milyon, Somalidə 1,1 milyon, Sudanda 670 min, Cənubi Sudanda 509 min, Konqo Demokratik Respublikasında 493 min, Myanmada 480 min, İraqda 426 min nəfər və s. tərk edib. 

Son xəbərlər

Orphus sistemi