ÜST: Dünyada koronavirusa yoluxanların sayı 2,5 milyona çatır - YENİLƏNİB

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 2,5 milyona çatır - YENİLƏNİB Dünyada koronavirus qurbanlarının sayı 170 min nəfəri ötüb.
Digər ölkələr
21 Aprel , 2020 06:47
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 2,5 milyona çatır - YENİLƏNİB
0 : 00
0 : 00

Dünyada koronavirus qurbanlarının sayı 170 min nəfəri ötüb. 

“Report” xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ayrı-ayrı ölkələrdə virusa yoluxanların sayı 2,5 milyon nəfərə çatır. Bununla yanaşı, COVID-19-a yoluxmuş 645 min insan sağalıb. 

Son statistikaya görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 2 473 209 nəfərdir. Pandemiya nəticəsində artıq 170 042 nəfər dünyasını dəyişib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


***00:10

Son bir gündə dünyada koronavirusa yoluxanların sayı daha 72 min nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edilir ki, bununla da dünyada koronavirusa yoluxanların sayı 2 314 621 nəfərə, pandemiya qurbanlarının sayı 157 847 nəfərə çatıb.

Dünyada son bir gündə koronavirusdan ölənlərin sayı 5 296 nəfər artıb.

Ən çox yoluxmalar və ölüm halları Avropada müşahidə olunur. Köhnə qitədə ümumilikdə virusa 1 149 071 yoluxma və 103 586 ölüm qeydə alınıb. Qitə ölkələrində bir gün ərzində virusa yoluxanların sayı 26 882 təşkil edib, 2 648 ölüm qeydə alınıb. 

Şimali və Cənubi Amerikada koronavirusa ümumilikdə 858 631 insan yoluxub, 40 615 nəfər ölüb. Lakin bu region gün ərzində virusa yoluxanların sayına görə Avropanı üstələyib. Belə ki, son sutkada həmin qitədə 36 771 COVID-19-a yoluxma halı qeydə alınıb. Son 24 saatda Şimali və Cənubi Amerika ölkələrində 2 357 nəfər pandemiyanın qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi