Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb 2015-ci ildə məcburi köçkünlərin sayı 40,8 milyon olub
Digər ölkələr
11 May , 2016 15:33
Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

Bakı. 11 may. REPORT.AZ/ 2015-ci ildə münaqişələr və zorakılıq səbəbindən məcburi köçkün olan insanların sayı artaraq 40,8 milyona nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Norveç Qaçqınlar Şurasının hesabatında deyilir.

Qeyd edilib ki, bu, Şura yanında Monitorinq Mərkəzinin hesabat apardığı dövrdə rekord hədd sayılır.

"2015-ci ildə hər gün orta hesabla təxminən 66 min insan evini tərk etmək məcburiyyətində qalıb", - deyə Şura başçısı Yan Egeland hesabatı təqdim edərkən deyib.

Təşkilatın məlumatına görə, 2015-ci ildə 28 ölkədə silahlı münaqişə və zorakılıq səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan şəxslərin ümumi sayı 8,6 milyon nəfərə bərabərdir. Bu sayın yarısı İraq, Yəmən və Suriyanın payına düşür. Onların ardınca 2015-ci ildə 942 min nəfərin məcburi köçkün olduğu Ukrayna gəlir.

Ötən il 19,2 milyon nəfər təbii fəlakətlər səbəbindən evlərini tərk edib. Zəlzələ, daşqın, fırtına və digər fəlakətlər 113 ölkəyə təsir edib.

Son xəbərlər

Orphus sistemi