Yuxarı

Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötdü - YENİLƏNİB

Dünyada koronavirusdan ölənlərin sayı 95 mini ötdü
Dinlə

854

Dünyada 1 603 433 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 95 716 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 356 440 nəfərə çatıb. Hazırda 49 125 nəfərin vəziyyəti ağırdır.

“Report” “Worldometers”ə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb.

Burada 468 556 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 16 691 nəfərdir.

Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur - 153 222 yoluxma və 15 447 ölüm.

İtaliyada isə 143 626 nəfər yoluxub, 18 279 nəfər dünyasını dəyişib.

Almaniyada 118 235 yoluxma və 2 607 ölüm, Fransada 117 749 yoluxma və 12 210 ölüm, Böyük Britaniyada 65 077 yoluxma və 7 978 ölüm faktı qeydə alınıb.


***01:53

Dünyada koronavirus qurbanlarının ümumi sayı bir neçə saat ərzində 5 mindən çox artıb.

“Report” xəbər verir ki, koronavirusdan dünyasını dəyişənlərin sayı 95 047 nəfərə çatıb. Belə ki, ən çox ölüm hadisəsi İtaliya (18 279), İspaniya (15 238), ABŞ (16 454) və Fransada (12 210) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı 1 593 515-ə çatıb, 355 262 nəfər sağalıb. Hazırda 48 953 nəfərin vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi