KİV: Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatdı

KİV: Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatdı Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 1 milyona yaxınlaşır.
Digər ölkələr
2 Aprel , 2020 22:54
KİV: Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatdı
© EPA-EFE/Angelo Carconi

Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 1 milyona yaxınlaşır.

“Report” xəbər verir ki, bu barədə TASS müxtəlif ölkələrin statistikasına əsasən məlumat yayıb.

Bildirilir ki, dünyada azı 50 min insan koronavirusun qurbanı olub.

Xəstəlikdən ölüm halları ən çox İtaliyada (13 915) qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölüm hallarının ən böyük sayı İspaniyada (10 003), ABŞ-da (5 316), Fransada (4 503), Çində (3 287), İranda (3 160), Böyük Britaniya (2 921), Niderlandda (1 339), Belçikada (1 011), Almaniyada (1 001) qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanın azı 165 ölkəsində yayılıb. Virusun aşkarlandığı son dövlət Malavidir.

Son xəbərlər

Orphus sistemi