Dünyada koronavirusa yoluxanların sayı 462 684 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilir.
Təşkilatın məlumatına görə, dünyada 20 834 nəfər COVID-19 virusunun qurbanı olub. Bildirilir ki, pandemiya 199 ölkədə və bölgədə aşkarlanıb.
Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.