Dünyada koronavirusa yoluxanların sayı artır

Dünyada koronavirusa yoluxanların sayı artır Çinin hüdudlarından kənarda 46 ölkədə koronavirusa yoluxanların sayı 3 644 nəfərə çatıb, 57 nəfər dünyasını dəyişib.
Digər ölkələr
28 Fevral , 2020 03:13
Dünyada koronavirusa yoluxanların sayı artır

Çinin hüdudlarından kənarda 46 ölkədə koronavirusa yoluxanların sayı 3 644 nəfərə çatıb, 57 nəfər dünyasını dəyişib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabat məlumatında bildirilir.

Qeyd olunub ki, Çinin materik hissəsində yeni koronavirusa yoluxanların sayı 78 630 nəfər təşkil edir. Ölümlə nəticələnən hadisələrin ümumi sayı 2 747-dir.

Dünyada yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı isə 82 294 nəfərdir. 

Son xəbərlər

Orphus sistemi