Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü Dünyada koronavirusa yoluxan 5 414 852 nəfər sağalıb, 498 990 nəfər isə virusdan ölüb.
Digər ölkələr
27 İyun , 2020 23:07
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü

Dünyada koronavirusa yoluxan 5 414 852 nəfər sağalıb, 498 990 nəfər isə virusdan ölüb.

“Report” xəbər verir ki, indiyədək 10 004 961 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (2 581 648), Braziliya (1 284 214) və Rusiyada (627 646) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi