Yuxarı

Dövlət Departamenti Türkiyəyə С-400 komplekslərini alacağı təqdirdə "ciddi fəsadlarla" xəbərdarlıq edib

Dövlət Departamenti Türkiyəyə С-400 komplekslərini alacağı təqdirdə "ciddi fəsadlarla" xəbərdarlıq edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Türkiyənin Rusiyaya məxsus C-400 zenit-raket komplekslərini alması bu ölkə üçün "ciddi fəsadlarla" nəticələnəcək.

"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Adı açıqlanmayan rəsminin sözlərinə görə, rəsmi Vaşinqton Ankaraya mümkün sanksiyalar və ciddi fəsadlar barədə xəbərdarlıq edib. Dövlət Departamentində həmçinin vurğulayıblar ki, bu alış NATO-nun Varşavadakı sammitində müttəfiqlərin üzərinə götürdüyü öhdəliyi pozur.

Vaşinqton əvəllər də Türkiyə ilə Rusiyanın bu əməkdaşlığına mənfi münasibətini açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan C-400 zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı Amerikanın rəsmi Ankaraya ünvanlanan çağırışlarına cavab verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi