Dövlət Departamenti: İsrailin İrandan qorunmaq hüququ var

Dövlət Departamenti: İsrailin İrandan qorunmaq hüququ var Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti nümayəndəsinin müavini Robert Palladino bildirib ki, Vaşinqton İsrailin İrandan özünü müdafiə hüququnu dəstəkləyir.
Digər ölkələr
29 Dekabr , 2018 00:00
Dövlət Departamenti: İsrailin İrandan qorunmaq hüququ var

Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti nümayəndəsinin müavini Robert Palladino bildirib ki, Vaşinqton İsrailin İrandan özünü müdafiə hüququnu dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin saytında qeyd olunub.

"Birləşmiş Ştatlar İsrailin yəhudi xalqının milli təhlükəsizliyinə təhlükə yaradan İranın regiondakı hərəkətlərindən özünü müdafiə etmək hüququnu tam dəstəkləyir", — deyə o bildirib.

Dövlət Departamenti həmçinin İranı Suriya və Yaxın Şərq regionunda terrorçuları dəstəkləməkdə ittiham edib. Palladinonun sözlərinə görə, terrorçular İsrailə zərbə endirmək potensialına malikdirlər.

Daha əvvəl İsrail özünü müdafiə hüququnu dəstəklədiyinə görə ABŞ-a təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi