Dövlət Departamenti İranla dialoqa başlamaq üçün şərtlərini açıqlayıb

Dövlət Departamenti İranla dialoqa başlamaq üçün şərtlərini açıqlayıb Bakı. 17 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp yalnız öz siyasi kursunda dəyişikliklərə hazırlıq olduğunu nümayiş etdirəcəyi təqdirdə İran hakimiyyəti ilə dialoqa hazırdır.
Digər ölkələr
17 Avqust , 2018 04:57
Dövlət Departamenti İranla dialoqa başlamaq üçün şərtlərini açıqlayıb

Bakı. 17 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp yalnız öz siyasi kursunda dəyişikliklərə hazırlıq olduğunu nümayiş etdirəcəyi təqdirdə İran hakimiyyəti ilə dialoqa hazırdır.

“Report” xəbər verir ki, bunu Vaşinqtonun Tehrana qarşı siyasətinin əlaqələndirilməsi üzrə xüsusi qrupunun rəhbəri Brayan Huk deyib.

Dövlət Departamentində keçirilən mətbuat konfransı zamanı o qeyd edib ki, İslam Respublikası rəhbərliyi ABŞ-ı "öz davranışlarında əsaslı dəyişiklər edəcəyinə" inandırmalıdır və yalnız bundan sonra Tramp İranla yenidən dialoq aparmağa hazırdır.

Bundan əlavə, Huk iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün şərtləri açıqlayıb.

"Sanksiyaların zəiflədilməsi və ABŞ-la diplomatik və ticarət əlaqələrinin tam bərpası, həmçinin Birləşmiş Ştatlarla iqtisadi qarşılıqlı fəaliyyət yalnız biz İran rejiminin öz davranışlarında ciddi dəyişikliklərə kökləndiyini gödüyümüz zaman başlaya bilər", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi