ABŞ-ın üç ştatında "Dorian" qasırğası ilə bağlı təxliyyə elan olunub - VİDEO - YENİLƏNİB-2

ABŞ-ın üç ştatında "Dorian" qasırğası ilə bağlı təxliyyə elan olunub - VİDEO - YENİLƏNİB-2 ABŞ-ın Corciya ştatının qubernatoru Brayan Kemp Dorian qasırğasının yaxınlaşması ilə əlaqədar sahil rayonlarında insanların təxliyyə olunması barədə fərman verib.
Digər ölkələr
2 Sentyabr , 2019 08:15
ABŞ-ın üç ştatında Dorian qasırğası ilə bağlı təxliyyə elan olunub - VİDEO - YENİLƏNİB-2

ABŞ-ın Corciya ştatının qubernatoru Brayan Kemp "Dorian" qasırğasının yaxınlaşması ilə əlaqədar sahil rayonlarında insanların təxliyyə olunması barədə fərman verib.

“Report” xəbər verir ki, Kempin fərmanının mətni onun "Twitter" mikrobloqunda dərc olunub.

"Corciya ştatının bütün ehtiyatları bu mütləq təxliyyəyə yardım üçün istifadə olunmalıdır", — deyə mətndə bildirilir.

İnsanlar sentyabrın 2-də təxliyyə olunmağa başlayacaqlar.

Corciyanın ardınca Florida ştatının qubernatoru Ron De Santis də təbii fəlakətlə əlaqədar olaraq sahil zolağında yerləşən əksər dairələrin sakinlərinin təxliyyə edilməsi barədə göstəriş verib.

Məcburi təxliyyə fərmanı Floridanın 9 dairəsinə şamil edilib.

Ştatın daha 7 dairəsində təxliyyə könüllü şəkildə həyata keçirilir.


***04:31

Amerikanın Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster yaxınlaşmaqda olan "Dorian" qasırğasına görə sahilə yaxın rayonların sakinlərinin məcburi şəkildə təxliyyə olunması barədə göstəriş verib.

“Report” "Associated Press"ə istinadən xəbər verir ki, bu sərəncam təqribən 1 milyon nəfərə şamil ediləcək.

Daha əvvəl qasırğanın yaxınlaşması səbəbindən ştat ərazisində fövqəladə vəziyyət elan olunmuşdu.


***03:51

ABŞ-ın Milli Qasırğa Müşahidə Mərkəzinin mütəxəssisləri "Dorian" qasırğasına Saffir-Simpson cədvəli üzrə sonuncu - beşinci dərəcəni veriblər.

“Report”un məlumatına görə, bu barədə idarənin mətbuat xidməti "Facebook"da məlumat yayıb.

Mütəxəssislər tərəfindən aparılan ölçmələr göstərib ki, qasırğanın mərkəzində küləyin maksimum sürəti saatda 260 km-ə çatır. Yaxın saatlarda Abako adasında dağıdıcı külək, ardınca isə onun bütün Qrand-Baham adasına yayılacağı gözlənilir.

Mütəxəssislər güman edirlər ki, qasırğa Florida ştatının şərq sahilinə təqribən bazar ertəsi axşam və ya çərşənbə axşamı çatmalıdır.

Son xəbərlər

Orphus sistemi