Tramp Quaydonu "prezident vəzifəsinin icrasına başlaması" münasibətilə təbrik edib

Tramp Quaydonu "prezident vəzifəsinin icrasına başlaması" münasibətilə təbrik edib Bakı. 30 yanvar. REPORT.AZ/ Amerika lideri Donald Trampla özünü müvəqqəti prezident elan etmiş Venesuela Milli Məclisinin rəhbəri Xuan Quaydo arasında telefon danışığı olub.
Digər ölkələr
30 Yanvar , 2019 22:23
Tramp Quaydonu prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Amerika lideri Donald Trampla özünü müvəqqəti prezident elan etmiş Venesuela Milli Məclisinin rəhbəri Xuan Quaydo arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə "ABC News" Ağ Evə istinadən məlumat yayıb.

"O, (Tramp - red) onu (Quaydonu - red) prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, həmçinin yenidən Venesuelada demokratiyanın bərpası mübarizəsinə güclü dəstəyini təsdiq edib", - deyə Ağ Evin açıqlamasında bildirilir.

Qeyd edilir ki, Quaydo ABŞ-ın Venesuelanın çiçəklənməsi və azadlığına sədaqəti sözlərinə görə Trampa minnətdarlığını bildirib.

Quaydo həmçinin bütün Venesuelada bu gün və şənbə günü Maduroya qarşı keçirilməli olan iri miqyaslı etirazların əhəmiyyətini qeyd edib. 

Daha əvvəl Tramp bildirib ki, bu gün Venesuelada böyük etiraz aksiyasının keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi