Yuxarı

Donald Trampın yeganə hicablı baş müşaviri istefa verib

Rumana Əhməd: “Mən 8 gün dözə bildim”

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Şurasındakı yeganə hicablı baş müşaviri Rumana Əhməd istefa verib.

“Report” MSNBC-yə istinadən xəbər verir ki, o, bu postda D.Trapmla 8 gün işləyib.

“Mən 8 gün dözə bildim”, - deyə R.Əhməd vurğulayıb.

Baş müşavir istefa verməsinə səbəb kimi D.Trampın bəzi müsəlman dövlətləri vətəndaşlarının ABŞ-a səfərinin qadağan edilməsi haqqında fərmanını, eləcə də bu məsələyə təsiretmə imkanının olmamasını göstərib.

R.Əhməd ABŞ-ın keçmiş prezidenti Barak Obmanın da Milii Təhlükəsizlik Şurasında baş müşaviri olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi