Donald Trampın sərəncamı ABŞ-a 185 milyon dollar ziyan vurub

Donald Trampın sərəncamı ABŞ-a 185 milyon dollar ziyan vurub Hesabata əsasən, ABŞ-a işgüzar səfərlərin ildə bir faiz azalması 71 min iş yerinin itirilməsi deməkdir
Digər ölkələr
28 Fevral , 2017 13:37
Donald Trampın sərəncamı ABŞ-a 185 milyon dollar ziyan vurub

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın bəzi müsəlman dövlətləri vətəndaşlarının ABŞ-a girişini qadağan etməsi ölkə iqtisadiyyatına azı 185 milyon dollar ziyan vurub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu, Beynəlxalq İşgüzar Turizm Assosiasiyasının (“Global Business Travel Association”, “GBTA”) hesabatında bildirilib.

Hesabata əsasən, ABŞ-a işgüzar səfərlərin ildə bir faiz azalması 71 min iş yerinin itirilməsi deməkdir. Məlumata görə, 7 müsəlman ölkəsindən turistlərin səfərinin müvəqqəti qadağan edilməsi nəticəsində təkcə Los-Anceles şəhəri 3 il ərzində 736 milyon dollar itirə bilər.

Qeyd edək ki, yanvarın 27-də Donald Trampın imzaladığı fərmana əsasən, İraq, İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a səfəri 90 gün müddətinə qadağan edilib. 

Son xəbərlər

Orphus sistemi