Yuxarı

Donald Trampın seçkilərdə qələbəsini proqnozlaşdıran professor onun mümkün impiçmentinin vaxtını deyib

Donald Trampın seçkilərdə qələbəsini proqnozlaşdıran professor onun mümkün impiçmentinin vaxtını deyib
Allan Lixtman: Senatda çox sayda Respublikaçı ona qarşı çıxa bilər

Bakı. 25 avqust. REPORT.AZ/ Donald Trampın ABŞ prezidenti olacağını düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru, tarixçi Allan Lixtman hazırkı dövlət başçısına nə vaxt mümkün impiçment elan oluna biləcəyi barədə danışıb.

"Report" RT-yə istinadən xəbər verir ki, professor ABŞ-da 2018-ci ildə keçiriləcək Senata seçkilərdən əvvəl heç kimin D.Trampı istefaya göndərməyəcəyini bildirib.

"Senatda çox sayda Respublikaçı ona qarşı çıxa bilər. İmpiçment prosesinin başladılması üçün səs çoxluğu əldə etmək məqsədilə Respublikaçılardan təxminən 25-nin (Nümayəndələr Palatasındakı Respublikaçılardan təxminən 10%-nin) Demokratlarla birləşməsi lazımdır. İkinci variant az ehtimal olsa da, istisna deyil: Nümayəndələr Palatasında məhz Demokratlar say üstünlüyü qazanarsa. Belə olacağı təqdirdə proseduru çox tez - yeni Palata 2019-cu ilin əvvəlində çağırılan zaman başlatmaq mümkün olacaq", - o bəyan edib.

Daha əvvəl A.Lixtman D.Trumpa impiçment elan ediləcəyini proqnozlaşdırıb. O, buna mümkün səbəblər kimi Rusiya ilə əlaqələr, hakimiyyətdən sui-istifadə və qanun pozuntularının təşviqini göstərib. Eyni zamanda D.Trampın prezident təyin olunana qədər törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilə biləcəyi qeyd edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi