Bakı. 31 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın seçki qərargahının keçmiş müşaviri Karter Peyc Rusiya ilə əlaqələri olması barədə yayılan iddiaları yalan adlandırıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, K.Peyc "Fox News" telekanalına müsahibəsində Rusiyaya hətta hansısa yardım kimi qələmə verilə biləcək heç nə etmədiyini vurğulayıb.
"Rusiya hökumətinin ABŞ-da keçirilmiş seçkilərə təsiri ilə bağlı bütün müzakirələr o vaxtkı ABŞ hökumətinin o zaman prezidentliyə namizəd olan Trampa ziyan vurmaq cəhdləri ilə müqayisədə solğun görünür. Bu mənfi təsir tamamilə yalan əsasında qurulmuşdu və hələ də ABŞ üzərində qaranlıq kölgə olaraq qalmaqda davam edir", - deyə o əlavə edib.