Yuxarı

Donald Trampın Angela Merkellə görüşünə jurnalistlər buraxılmayıb

​Donald Trampın Angela Merkellə görüşünə jurnalistlər buraxılmayıb

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkellə görüşüb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Bildirilir ki, görüş Portsmut şəhərində baş tutub. Liderlər müttəfiq qoşunların Normandiya sahillərinə çıxarılmasının (1944-cü ilin 5 iyunu -red) 75 illiyinə həsr edilmiş tədbirdən sonra görüşüblər.

Məlumata görə, jurnalistlər Trampla Merkelin görüşünə buraxılmayıb. Görüşdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da iştirak edib. 

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkədəki nüfuzunun aşağı düşməsinin səbəblərini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi