Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcək

Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcək Yanvarın 20-də Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən yollar bağlanacaq, ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
Digər ölkələr
11 Yanvar , 2017 10:44
Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcək

Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcəyi gözlənilir.

“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, ölkənin hazırkı rəhbəri Barak Obamanın ölkə prezidenti postunu D.Trampa təhvil verməsinə hazırlıq işləri davam edir.

Məlumata görə, andiçmə mərasimi ilə əlaqədar yanvarın 20-də Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən yollar bağlanacaq, ictimai nəqliyyatın - metro və avtobusların hərəkəti dayandırılacaq.

Qeyd edək ki, D.Tramp ABŞ-ın 45-ci prezidenti olacaq. 

Son xəbərlər

Orphus sistemi