Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək

Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək "Qanun bunu mənə məcbur etməsə də, diqqətimi prezidentliyə yönəltmək üçün şirkətlərimi tərk edəcəyəm"
Digər ölkələr
13 Dekabr , 2016 09:32
Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

"Qanun bunu mənə məcbur etməsə də, diqqətimi prezidentliyə yönəltmək üçün şirkətlərimi tərk edəcəyəm. Şirkətləri iki oğlum - Don və Erik, eləcə də idarə heyətinin üzvləri idarə edəcək. Prezidentliyim müddətində (və ya müddətlərində) heç bir yeni sövdələşmə edilməyəcək" - D.Tramp yazıb.

Qeyd edək ki, daha əvvəl D.Tramp biznesdən getmə planlarına həsr olunacaq mətbuat konfransının vaxtını yanvar ayına ertələyib.

Onun prezident kimi andiçmə mərasimi 20 yanvar 2017-ci il tarixində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi