Donald Tramp və Kim Çen İn Sinqapur görüşünün yekunlarına dair sənəd imzalayıblar - VİDEO

Donald Tramp və Kim Çen İn Sinqapur görüşünün yekunlarına dair sənəd imzalayıblar - VİDEO Tramp Kim Çen İni Ağ Evə dəvət etmək niyyətində olduğunu bildirib
Digər ölkələr
12 İyun , 2018 09:48
Donald Tramp və Kim Çen İn Sinqapur görüşünün yekunlarına dair sənəd imzalayıblar - VİDEO
Jonathan Ernst/Reuters
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen İn Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalayıblar. 

"Report"un məlumatına görə, Donald Tramp görüşə görə Kim Çen İnə təşəkkür edib və görüşün əhatəli olduğunu qeyd edib.

"Çox vacib, əhatəli sənəd imzalayırıq. Biz daha artığını etmək istəyirik. Bu tarixi sənədin imzalanması yeni başlanğıc haqqında xəbər verir. Böyük dəyişikliklər görəcəyik", - D.Tramp sənədin imzalanmasından sonra bildirib.

Jurnalistlərin Kim Çen İni Ağ evə dəvət etməklə bağlı sualına ABŞ prezidenti "Əlbəttə, dəvət edəcəyəm" deyib.

Son xəbərlər

Orphus sistemi