Yuxarı

Donald Tramp: "Ümidvaram ki, OPEC neft tədarükünü hazırkı səviyyədə saxlayacaq"

Donald Tramp: "Ümidvaram ki, OPEC neft tədarükünü hazırkı səviyyədə saxlayacaq"

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp OPEC-in neft tədarükünün həcmini azaltmayacağına ümidvar olduğunu bildirib.

“Report” xəbər verir ki, dövlət başçısı bu barədə “Twitter” səhifəsində yazıb.

“İnanıram ki, OPEC neft tədarükünü məhdudlaşdırmayaraq hazırkı səviyyədə saxlayacaq. Dünya neftin daha yüksək qiymətlərini görmək istəmir, buna ehtiyac duymur”, - D.Tramp qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi