Yuxarı

Donald Tramp Tauzand-Oks şəhərində baş vermiş silahlı insidentə münasibət bildirib

Donald Tramp Tauzand-Oks şəhərində baş vermiş silahlı insidentə münasibət bildirib

Bakı. 8 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının Tauzand-Oks şəhərində baş vermiş silahlı insidentlə bağlı “Twitter”də yazı paylaşıb.

“Report” xəbər verir ki, dövlət başçısı hadisə barədə tam məlumat aldığını qeyd edib.

"Asayiş mühafizəçiləri, çevik əməliyyat xidmətləri, Federal Təhqiqatlar Bürosu hadisə yerindədir. Həlak olanlara Allahdan mərhəmət diləyir, ailələrinə başsağlığı verirəm", - D.Tramp yazıb.

Prezident həmçinin polislərin böyük cəsarət göstərdiklərini vurğulayaraq onlara təşəkkür edib.

Qeyd edək ki, ötən axşam “Borderline Bar and Grill” barına girən naməlum şəxs oradakılara 30-dək atəş açmışdı. Həmin vaxt barda əksəriyyəti tələbə olan bir neçə yüz müştəri olub. Nəticədə biri polis olmaqla 12 nəfər ölüb. Cinayətkar məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi