Yuxarı

Donald Tramp Şimali Koreya liderinə şifahi mesaj göndərib

Donald Tramp Şimali Koreya liderinə şifahi mesaj göndərib
KXDR Mərkəzi Televiziyası: ABŞ prezidentinin yeni təklifi var
© REUTERS/ Kevin Lamarque — Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp

Bakı. 10 may. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp dövlət katibi Maykl Pompeo vasitəsilə Kim Çen İnə şifahi mesaj göndərib və yeni təklif irəli sürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə KXDR Mərkəzi Televiziyası məlumat yayıb.

"Yoldaş ali lider Prezident Trampın şifahi mesajını dinləyib, təşəkkürünü bildirib və prezidentin yeni təklifinin olmasını, onun dialoq yolu ilə problemlərin həllində maraqlı olmasını, Koreya-ABŞ sammiti ilə bağlı fəal mövqe tutmasını yüksək qiymətləndirib", - Şimali Koreyanın mərkəzi televiziyasının məlumatında deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi