Donald Tramp Roma Papası Fransisklə görüşüb

Donald Tramp Roma Papası Fransisklə görüşüb ABŞ prezidenti Papa ilə söhbət etməyi özü üçün böyük şərəf adlandırıb
Digər ölkələr
24 May , 2017 13:23
Donald Tramp Roma Papası Fransisklə görüşüb

Bakı. 24 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Vatikana səfəri çərçivəsində Roma Papası Fransisk ilə danışıqlar aparıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, aeroportda ABŞ liderini Vatikanın İsveçrə qvardiyasının fəxri qarovulu qarşılayıb. Roma Papası qonağı kabinetinin qarşısında qarşılayıb. D.Tramp onunla görüşərək Papa ilə söhbət etməyi özü üçün böyük şərəf adlandırıb.

Görüş 30 dəqiqədən bir qədər çox müddətdə davam edib.

Qeyd edək ki, Papa Fransisk seçki kampaniyası zamanı dəfələrlə D.Trampı tənqid edib. Həmçinin o, milyarderin Meksika ilə sərhəddə divar tikmək vədinə "körpülər tikmək əvəzinə divarlar tikmək xristianlığa yaraşmır" deməklə cavab vermişdi. Bunun qarşılığında D.Trampın cavabı da sərt olmuşdu: "Vatikan İŞİD-in hücumuna məruz qalsa, Papa bütün varlığı ilə Trampın seçkilərdə qələbə qazanmasına dua edəcək".

Son xəbərlər

Orphus sistemi