Bakı. 20 aprel. REPORT.AZ/ Milyarder Donald Tramp və sabiq dövlət katibi Hillari Klinton müvafiq olaraq Respublikaçılar və Demokratlar partiyalarının Nyu-Yorkda keçirilən praymerizində səslərin hesablanmasının ilkin nəticələrinə görə qalib gəlirlər.
"Report" xəbər verir ki, respublikaçılarda səslərin 31%-nin hesablanmasından sonra Tramp onların 62%, Ohayo qubernatoru Con Keysik 24%, Texas senatoru Ted Kruz isə 14%-ni toplayır. Tram ya əksəriyyətin, ya da ştatdakı 95 nümayəndənin hamısının dəstəyini alacaq.
Demokratlarda səslərin 49%-nin hesablanmasından sonra Klinton onların 60%-ni, onun yeganə rəqibi, Vermontdan olan senator Berni Sanders isə 40%-ni toplayır.