Donald Tramp: "Qanunsuz miqrasiya ABŞ-a ildə 250 milyard dollar ziyan vurur"

Donald Tramp: "Qanunsuz miqrasiya ABŞ-a ildə 250 milyard dollar ziyan vurur" Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrasiyanın sərhəd mühafizəsinə çəkilən məsrəfdən qat-qat baha başa gəldiyini açıqlayıb.
Digər ölkələr
4 Dekabr , 2018 21:48
Donald Tramp: Qanunsuz miqrasiya ABŞ-a ildə 250 milyard dollar ziyan vurur

Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrasiyanın sərhəd mühafizəsinə çəkilən məsrəfdən qat-qat baha başa gəldiyini açıqlayıb.

“Report” xəbər verir ki, o, “Twitter”dəki səhifəsində yazıb: “Ölkəmizin qanunsuz miqrasiya üzündən hələ dəhşətli narkotiklərin axınını nəzərə almasaq ildə 250 milyard dollar itirdiyini səslərinə möhtac olduğumuz demokratlara kimsə başa sala bilərmi? Sərhəd mühafizəsi isə divar inşası da nəzərə almaq şərtilə 25 milyard dollaradır”.

Dövlət başçısı həmçinin sərhəd mühafizəsinə çəkilən xərclərin “iki aya özünü doğrultduğunu” vurğulayıb.

Son xəbərlər

Orphus sistemi