Donald Tramp prokurorun "Rusiya işi" ilə bağlı suallarını cavablandırıb - VİDEO

Donald Tramp prokurorun "Rusiya işi" ilə bağlı suallarını cavablandırıb - VİDEO Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp 2016-cı il seçkilərinə Rusiyanın müdaxilə etməsi ilə bağlı araşdırma aparan xüsusi prokuror Robert Müllerin yazılı suallarını cavablandırdığını bildirib.
Digər ölkələr
17 Noyabr , 2018 07:21
Donald Tramp prokurorun Rusiya işi ilə bağlı suallarını cavablandırıb - VİDEO

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp 2016-cı il seçkilərinə Rusiyanın "müdaxilə" etməsi ilə bağlı araşdırma aparan xüsusi prokuror Robert Müllerin yazılı suallarını cavablandırdığını bildirib.

“Report” ABC-yə istinadən xəbər verir ki, o bunu çox asanlıqla etdiyini deyib.

"Mən onlara çox asanlıqla cavab verdim", — deyə Tramp söyləyib.

Bununla belə prezident cavabları xüsusi prokurora hələ ötürmədiyini əlavə edib.

Bundan əvvəl Tramp baş prokuror Ceff Seşnsini bu ay istefaya göndərəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi