Donald Trampın oğlu içərisində şübhəli ağ toz olan məktub alıb

Donald Trampın oğlu içərisində şübhəli ağ toz olan məktub alıb Məktub hazırda hüquq-mühafizə orqanları tərəfindən tədqiq olunur
Digər ölkələr
18 Mart , 2016 11:03
Donald Trampın oğlu içərisində şübhəli ağ toz olan məktub alıb

Bakı. 18 mart. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa iddialı olan milyarder Donald Trampın oğlu içərisində şübhəli ağ toz olan məktub alıb. "Report" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, məktub milyarderin 32 yaşlı oğlunun yaşadığı Nyu Yorkun mərkəzindəki yaşayış kompleksinə gətirilib.

Nyu York polis şöbəsinin ABC-yə açıqlamasında şübhəli məktubun aşkarlandığını və onun hazırda hüquq-mühafizə orqanları tərəfindən tədqiq olunduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi