Bakı. 13 iyun. REPORT.AZ/ "Orlandoda baş verənlər başlanğıcdır. Bizim rəhbərliyimiz isə zəif və qeyri-effektivdir. Mən bundan əvvəl də bu haqda bəyanat vermişdim. Biz sərt olmalıyıq".
"Report"un məlumatına görə, bu haqda ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.
Donald Tramp bununla ikinci dəfə müsəlmanları ABŞ-a buraxmamağa çağırıb.
Xatırladaq ki, ötən gün ABŞ-ın Florida ştatının Orlando şəhərindəki "Pulse" barında terror hadisəsi baş verib. Belə ki, Florida sakini Ömər Martin gecə klubundakı ziyarətçilərə atəş açıb. Nəticədə 50 nəfər ölüb, 53 nəfər xəsarət alıb.