Yuxarı

Donald Tramp müdafiə nazirinin mümkün istefasından danışıb

Donald Tramp müdafiə nazirinin mümkün istefasından danışıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısı CBS telekanalının efirində söhbət açıb.

Ağ Ev rəhbəri Mettisin istefaya gedəcəyini istisna etməyib. Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib". Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.

"Lakin ola bilsin, istefaya getsin", - deyə Tramp bildirib. O, əlavə edib ki, hamı bir dəfə vəzifədən istefaya gedir.

Qeyd edək ki, Mettis sentyabrda KİV-də istefaya gedəcəyi barədə xəbərlərə yumorla yanaşmağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi