Donald Tramp: "Meksika ABŞ-la razılığa gəlmək istəyir"

Donald Tramp: "Meksika ABŞ-la razılığa gəlmək istəyir" ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika hakimiyyəti rəsmi Vaşinqtonla razılığa gəlmək istəyir.
Digər ölkələr
5 İyun , 2019 23:31
Donald Tramp: Meksika ABŞ-la razılığa gəlmək istəyir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika hakimiyyəti rəsmi Vaşinqtonla razılığa gəlmək istəyir.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir. 

Onun sözlərinə görə, söhbət ABŞ-ın rüsumlarından və iki ölkə sərhədində yaranmış vəziyyətdən gedir. ABŞ prezidenti həmçinin əlavə edib ki, hazırda Meksika nümayəndə heyəti danışıqlar aparmaq üçün Vaşinqtona gəlir.

Tramp vurğulayıb ki, Meksika ABŞ-la razılaşmaya cəhd edir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika ABŞ-a qanunsuz miqrasiya axınının qarşısını almasa, ABŞ şirkətləri Meksikadan ayrılacaq.

Son xəbərlər

Orphus sistemi