Donald Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır

Donald Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır Tramp müsəlmanlara ABŞ-a girişi qadağan etməklə bağlı təklifi 2015-ci ilin noyabrında Parisdə baş verən terror hücumlarından sonra irəli sürmüşdü
Digər ölkələr
10 May , 2016 09:05
Donald Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır

Bakı. 10 may. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa ən real iddiaçı olan Donald Tramp daha əvvəl müsəlmanlara ABŞ-a girişi qadağan etməklə bağlı təklif irəli sürməsinə baxmayaraq, Londonun yeni meri Sadiq Xana görə istisnaya getməyə hazır olduğunu bildirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, D.Tramp bu fikri Pakistan mənşəli britaniyalı Sadiq Xanın "Trampın prezident seçiləcəyi təqdirdə, qorxuram, dinimə görə ABŞ-a səfər edə bilməyim" sözlərinə cavab olaraq səsləndirib.

Xatırladaq ki, D.Tramp müsəlmanlara ABŞ-a girişi qadağan etməklə bağlı təklifi 2015-ci ilin noyabrında, Parisdə təxminən 130 nəfərin ölümünə səbəb olan terror hücumlarından sonra irəli sürmüşdü. O zaman bu fikir bir sıra xarici liderlər, həm ABŞ-da, həm də ondan kənarda müsəlman icmalarının kəskin narazılığına səbəb olmuşdu. D.Tramp isə sözlərindən geri çəkilməyərək, bu cür tədbirlərin milli təhlükəsizliyin təmin olunması üçün lazım olduğunu qeyd etmişdi.

Qeyd edək ki, Leyboristlər partiyasından olan Sadiq Xan mayın 5-də Böyük Britaniya paytaxtının meri seçilmişdi. O, həmçinin Avropa ölkələrinin paytaxtında mer olan ilk müsəlman olub.

Son xəbərlər

Orphus sistemi