Yuxarı

Donald Tramp Kaliforniyadakı atışmanı şərh edib

Donald ​Tramp Kaliforniyadakı atışmanı şərh edib

ABŞ Prezidenti Donald Tramp Kaliforniyanın Povey şəhərinin sinaqoqunda baş vermiş atışmanı şərh edib.

"Report" xəbər verir ki, o, öz fikirlərini özünün "Twitter" səhifəsində yazıb.

"Mənim fikirlərim və dualarım Kaliforniyada, Poveydəki sinaqoqda atışma zamanı zərərçəkənlərlədir. Allah sizin hamınıza sağlamlıq bəxş etsin! Şübhəli şəxs saxlanılıb. Hüquq-mühafizə orqanları işlərini çox gözəl görüb. Təşəkkür!" – deyə o yazıb.

Qeyd edək ki, Kaliforniya ştatının Povey şəhərində silahlı şəxsin açdığı atəş nəticəsində 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Polis hadisəni törədən şəxsi saxlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi