Donald Tramp iyun ayında Britaniyaya səfər edəcək

Donald Tramp iyun ayında Britaniyaya səfər edəcək ABŞ prezidenti Donald Tramp iyun ayında Böyük Britaniyaya dövlət səfəri edəcək.
Digər ölkələr
23 Aprel , 2019 07:19
Donald Tramp iyun ayında Britaniyaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp iyun ayında Böyük Britaniyaya dövlət səfəri edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Bildirilir ki, Tramp səfər zamanı Bukinqem sarayını ziyarət etmək niyyətindədir.

Bundan əlavə, Amerika lideri iyunda həmçinin Fransaya səfəri planlaşdırılır.

Trampın Britaniyaya bundan əvvəlki səfəri 13 iyul 2018-ci il tarixinə təsadüf edib.

Son xəbərlər

Orphus sistemi