Donald Tramp itkin düşən jurnalistlə bağlı Səudiyyə Ərəbistanı kralına zəng edəcək

Donald Tramp itkin düşən jurnalistlə bağlı Səudiyyə Ərəbistanı kralına zəng edəcək Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Türkiyədə itkin düşən müxalif jurnalist Camal Qaşıqçı ilə bağlı Səudiyyə Ərəbistanı kralı ilə əlaqə saxlamayıb.
Digər ölkələr
13 Oktyabr , 2018 08:12
Donald Tramp itkin düşən jurnalistlə bağlı Səudiyyə Ərəbistanı kralına zəng edəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Türkiyədə itkin düşən müxalif jurnalist Camal Qaşıqçı ilə bağlı Səudiyyə Ərəbistanı kralı ilə əlaqə saxlamayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin özü jurnalistlərə bildirib.

Bununla belə, Birləşmiş Ştatların rəhbəri söz verib ki, tezliklə Səudiyyə kralına zəng edəcək.

Tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb. Səudiyyə Ərəbistanının Ankaradakı səfiri oktyabrın 5-də Türkiyə XİN-ə çağırılıb və ondan C.Qaşıqçının konsulluğa daxil olduqdan sonra itkin düşməsi məsələsinə aydınlıq gətirməsi tələb olunub.

Səudiyyə Ərəbistanından itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı istinaq işinin araşdırılması üçün Krallıqdan Türkiyəyə nümayəndə heyəti gəlib.

Son xəbərlər

Orphus sistemi