Yuxarı

Donald Tramp İrana qarşı sanksiyaların bərpasına dair fərman imzalayıb

Donald Tramp İrana qarşı sanksiyaların bərpasına dair fərman imzalayıb
Sanksiyalar iki mərhələdə bərpa olunacaq

Bakı. 6 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp 2016-cı ilin yanvar ayında Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalayıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlər üçün telefon brifinqi zamanı məlumat verilib. 

Sənəd İslam Respublikasına qarşı sanksiyaların bərpasını nəzərdə tutur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi