Donald Tramp Hillari Klintonla 2020-ci il prezident seçkilərində yenidən üz-üzə gəlmək arzusundadır

Donald Tramp Hillari Klintonla 2020-ci il prezident seçkilərində yenidən üz-üzə gəlmək arzusundadır Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi, son seçkilərdəki rəqibi Hillari Klintonla 2020-ci il prezident seçkilərində yenidən üz-üzə gəlmək arzusundadır.
Digər ölkələr
30 Oktyabr , 2018 15:57
Donald Tramp Hillari Klintonla 2020-ci il prezident seçkilərində yenidən üz-üzə gəlmək arzusundadır
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi, son seçkilərdəki rəqibi Hillari Klintonla 2020-ci il prezident seçkilərində yenidən üz-üzə gəlmək arzusundadır.

“Report” xəbər verir ki, D.Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində məlumat verib.

“O, xoşuma gəlir. Elə onların hamısı (Demokrat Partiyasından namizədlər – red.) xoşuma gəlir və aralarında başabaş gəlmək istəmədiyim kimsə yoxdur”.

Daha əvvəl H.Klinton da “Recode”ə müsahibəsində 2020-ci ildəki prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etməyib. Belə ki, sabiq dövlət katibi 2021-ci ildə Ağ Evə demokratın gəlməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulamışdı.

Son xəbərlər

Orphus sistemi