Donald Tramp helikopter insidentinə münasibət bildirib

Donald Tramp helikopter insidentinə münasibət bildirib ABŞ prezidenti Donald Tramp helikopterin Nyu-Yorkdakı göydələnin damına sərt eniş etməsinə münasibət bildirib.
Digər ölkələr
11 İyun , 2019 03:41
Donald Tramp helikopter insidentinə münasibət bildirib

ABŞ prezidenti Donald Tramp helikopterin Nyu-Yorkdakı göydələnin damına sərt eniş etməsinə münasibət bildirib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

"Mənə Nyu-Yorkda helikopter qəzası haqqında məlumat verildi", - deyə o, "Twitter"də yazıb. ABŞ-ın dövlət başçısı yanğınsöndürənlərin işini qeyri-adi adlandırıb.

Ağ Ev rəhbəri qeyd edib ki, Prezident Administrasiyası fövqəladə xidmətlərin əməkdaşlarına istənilən zəruri köməyi etməyə hazırdır.

Qeyd edək ki, ABŞ-da helikopterin göydələnə təcili eniş etməsi nəticəsində 1 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi