Donald Tramp "ən yaxşı saxta xəbər müəllifləri mükafatı"nın laureatlarını açıqlayıb

Donald Tramp "ən yaxşı saxta xəbər müəllifləri mükafatı"nın laureatlarını açıqlayıb Siyahıda ilk sırada "olan The New York Times" qəzetinin jurnalisti yer alıb
Digər ölkələr
18 Yanvar , 2018 09:29
Donald Tramp ən yaxşı saxta xəbər müəllifləri mükafatının laureatlarını açıqlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp tərəfindən düşünülən "Ən yaxşı saxta xəbər müəllifi mükafatı"nın qaliblərinin siyahısı dərc olunub.

"Report" xəbər verir ki, siyahı "FOX News" telekanlında dərc edilib.

Siyahıda ilk sırada "olan The New York Times" qəzetinin jurnalisti, iqtisadiyyatı üzrə Nobel mükafatı laureatı, fond bazarlarının Trampın hakimiyyətə gəlməsindən sonra heç vaxt özünə gələ bilməyəcəyini bəyan edən Pol Kruqman yer alıb.

İkinci pillədə "ABC News" və CNN-in xəbərləridir.

CNN telekanalı siyahıda ümumilikdə ən çox - dörd dəfə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi