Yuxarı

Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib

Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib
ABŞ prezidenti dünən Əfqanıstan və digər məsələlər üzrə genişmiqyaslı görüş keçirib

Bakı. 19 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bir sıra vacib məsələləri, o cümlədən Əfqanıstanla bağlı qərarlar qəbul etdiyini bəyan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Twitter" hesabında yazıb.

"Generallarımız və hərbi liderlərimizlə Kemp-Deviddə çox vacib gün keçirdim. Bəzi məsələlər, o cümlədən Əfqanıstanla bağlı bir sıra əhəmiyyətli qərarlar qəbul etdik", - o yazıb. Amma D.Tramp hansı qərarlardan söhbət getdiyini açıqlamayıb.

Xatırladaq ki, ABŞ prezidenti dünən hərbçilərlə Əfqanıstan və digər məsələlər üzrə genişmiqyaslı görüş keçirib. O, ABŞ-ın bir neçə minlik hərbi kontingentinin olduğu Əfqanıstan üzrə gələcək addımları müəyyənləşdirməyə çalışır. Mümkün variantlar arasında ABŞ-ın hərbi rolunun artırılması, qoşunların Əfqanıstandan tam şəkildə çıxarılması və ya hərbi vəzifələrin özəl şirkətlərə ötürülməsi var.

Qeyd edək ki, ABŞ terrora qarşı mübarizə adı altında 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Ardından BMT Təhlükəsizlik Şurasının sanksiyaları əsasında ölkəyə NATO komandanlığı altında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (BTYQ) daxil olub. ABŞ və ISAF-ın rəhbərliyi altında antiterror koalisiyası "Taliban" hərəkatının və "Əl-Qaidə" qruplaşmasının yaraqlıları ilə mübarizə aparıb. 2014-cü ildə NATO ölkələrinin döyüş kontingenti Əfqanıstandan çıxarılıb. 2015-ci il yanvarın 1-dən isə ölkədə hərbi əməliyyatların əvəzinə "Qətiyyətli dəstək" qeyri-döyüş missiyası başladılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi