Donald Tramp demokrat prezidentliyə namizədi təhqir etdi

Donald Tramp demokrat prezidentliyə namizədi təhqir etdi ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasının prezidentliyə namizədləri arasında televiziya deyişməsində tanınmış iş adamı, Nyu-Yorkun keçmiş meri Maykl Blumberqin çıxışını tənqid edib.
Digər ölkələr
20 Fevral , 2020 14:15
Donald Tramp demokrat prezidentliyə namizədi təhqir etdi
AP

ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasının prezidentliyə namizədləri arasında televiziya deyişməsində tanınmış iş adamı, Nyu-Yorkun keçmiş meri Maykl Blumberqin çıxışını tənqid edib.

“Report” xəbər verir ki, o, bununla bağlı “Twitter” səhifəsində yazıb: “Yəqin ki, Maykl Blumberqin bugünkü çıxışı müzakirələr tarixinin ən bərbad nitqi oldu, orada bəziləri həqiqətən də pisdirlər. O, pəltək, nitqi pozuq, hədsiz naşı idi”.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi