Yuxarı

Donald Tramp Cerom Pauellin FES sədri seçilməsinin səhv olduğunu düşünür

© Wong Maye-E/AP

Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Cerom Pauellin Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsinə təyin edilməsinin səhv olduğunu düşünür.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Prezidentin fikrincə, ABŞ hər dəfə böyük bir iş görəndə Cerom Pauell faiz dərəcəsini artırır.

D.Tramp vurğulayıb ki, bu, deyəsən FES sədrini sevindirir.

ABŞ Prezidenti bu təyinatına görə təəssüf etdiyini söyləyib.

FES nümayəndələri isə məsələyə şərh verməkdən imtina ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi